25 mart 2024 at 10:28
Jurnalist kodu: 5487
Xəbər kodu: 85426587
T T
0 Persons

Tags

Şəfa xəstəxanası sionistlərin cinayətlərinin cəhənnəmində

25 mart 2024 at 10:28
Xəbər kodu: 85426587
Şəfa xəstəxanası sionistlərin cinayətlərinin cəhənnəmində

Tehran - İRNA - Sionist rejim əsgərləri beynəlxalq ictimaiyyətin sükutu nəticəsində öz cinayətkar və vəhşi əməlləri ilə Şəfa xəstəxanasını cəhənnəmə çeviriblər.

“Avropa-Aralıq Dənizi” insan haqları mərkəzi Qəzza əhalisinin şokedici sözləri əsasında sionist rejimin fələstinlilərə qarşı cinayətlər, o cümlədən edamlarla bağlı hesabat sənədləşdirib.

Bu insan haqları mərkəzi vurğulayıb: “İsrail qüvvələri bir çox evləri sakinlərin bu evlərin içərisində olduğu halda yandırıb, sakinləri bu evlərdən çıxarmaq və ya yanğını söndürmək istəyən insanların yaxınlaşmasına mane olublar.”

HƏMAS bəyanat yayaraq bildirib: “İşğalçıların faşist döyüş maşınının Şəfa xəstəxanası və onun ətrafında yaratdığı insani fəlakətlə bağlı beynəlxalq sükutdan şiddətlə ikrah hissi keçirir.”

Qəzza şəhərinin qərbindəki Şəfa xəstəxanası ətrafındakı ərazilərin sakinləri bildiriblər ki, ötən bazar ertəsi səhər saatlarından bu xəstəxanaya hücum edən sionist rejim ordusu kişiləri kütləvi şəkildə həbs edir, qadın və uşaqları Qəzzanın cənubuna köçməyə məcbur edib, bu bölgədə cəhənnəm yaradıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .